İranın Hörmüz boğazı yaxınlığında keçirdiyi əməliyyat zamanı Qəşm adasında iki partlayış oldu


  • 6 Avqust 23:55

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazı yaxınlığında keçirdiyi əməliyyat zamanı İranın Qəşm adasında iki partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Qəşm adasında eşidilən iki partlayışa Hörmüz boğazının girişi yaxınlığında hədəfləri zərərsizləşdirmək üçün aparılan əməliyyat səbəb olub", - məlumatda bildirilir.

Partlayışlarla bağlı hələ ki, rəsmi məlumat verilməyib.

Oxşar xəbərlər