- 10:28
Tailandın paytaxtı Banqkokda məktəbdə atışma olub.
E-huquq.az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.
Hadisə paytaxtın şimalında yerləşən Nonthaburi əyalətində yerləşən məktəblərdən birində, şagird tərəfindən törədilib .
Silahlı insident nəticəsində 7 nəfər həlak olub, 15 nəfər yaralanıb. Xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.
Atəş açan şagird daha sonra intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Humay Eminqızı