- 11:08
ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqların yaxşı getdiyini və tezliklə razılıq əldə oluna biləcəyini bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İranla danışıqların yaxşı məcrada irəlilədiyini bildirən Tramp, konkret bəyanatlar verməkdən çəkinsə də, razılaşmanın yaxın olduğu mesajını verib.
"Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək. Düşünürəm ki, müharibə çox tezliklə bitəcək. Hesab etmirəm ki, İran daha çox müqavimət göstərə bilsin" - deyə Tramp qeyd edib.
Danışıqları yaxından izlədiyini və şəxsən prosesdə iştirak etdiyini bildirən Tramp, sazişin nə vaxt imzalana biləcəyi ilə bağlı suala belə cavab verdi: "Düşünürəm ki, işlər çox yaxşı gedir. Mən də danışıqlarda iştirak edirəm. Hesab edirəm ki, yaxşı irəliləyiş əldə edirik. Bu saziş tezliklə baş tuta bilər."
İranla Hörmüz boğazı ilə bağlı sazişin yekunlaşmaq üzrə olması barədə xəbərlərə toxunan Tramp qeyd edib ki, hələlik Tehranla bu məsələdə tam razılığa gəlməsələr də proses davam edir.
Tramp ABŞ-nin blokada vasitəsilə boğaza nəzarət etdiyini vurğulasa da, İranın boğazdan keçən gəmilərə atəş aça biləcəyini və ya dəniz minalarının tankerlərə dəyə biləcəyini vurğulayıb.
Şəbnəm Mehdizadə