- 11:56
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Belqorod vilayətinə 123 dəfə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat yayıb.
Hücumlar nəticəsində Belqorod, Volokonovski, Qrayvoronski, İvnyanski, Koroçanski və Şebekinski rayonlarında 16 mülki şəxs yaralanıb.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Məlumata görə, son 24 saat ərzində Belqorod vilayəti üzərində həmçinin 155 Ukrayna PUA-sı məhv edilib.
Humay Eminqızı