- 11:56
Türkiyənin Kütahya vilayətində tək yaşayan qadın evində zibil yığınları arasında hərəkətsiz vəziyyətdə aşkarlanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Kütahyanın Yunusemre məhəlləsində, Aşiyan küçəsində yerləşən binanın ikinci mərtəbəsində baş verib.
Şerife D. adlı qadından iki gün ərzində xəbər ala bilməyən qonşuları vəziyyəti aidiyyəti qurumlara bildiriblər.
Məlumat daxil olduqdan sonra əraziyə polis, yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Qapının açılmaması səbəbindən yanğınsöndürənlər mənzilə balkon vasitəsilə daxil olublar.
Evdə aparılan yoxlama zamanı Şerife D. zibil yığınlarının arasında hərəkətsiz vəziyyətdə tapılıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Həkimlər qadının səhhətinin yaxşı olduğunu bildiriblər.
Polisin araşdırmasından sonra bələdiyyə əməkdaşları mənzilə gələrək, yığılan zibillərin təmizlənməsi işlərinə başlayıblar.
Şəbnəm Mehdizadə