- 15:08
Hindistanın paytaxtı Yeni Dehlidə yağan güclü leysan yağışları ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb.
Paytaxtda son bir neçə saat ərzində yağan leysan nəticəsində ciddi tıxaclar, bir sıra ərazilərdə daşqınlar müşahidə olunur.
Departament yaxın saatlarda ərazinin böyük hissəsində göy gurultusu və ildırımla müşayiət olunan yağıntıların davam edəcəyini proqnozlaşdırıb.
Musson mövsümünün təsiri ilə oxşar hava şəraiti Hindistanın digər bölgələrində də müşahidə olunur. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.
Assam əyalətində son günlər təbii fəlakətlər nəticəsində 97 nəfər həyatını itirib. Hindistanın şərqində yerləşən Carkhand əyalətində isə ildırım vurması nəticəsində 20 nəfər ölüb.
Humay Eminqızı