- 16:00
İngiltərədə anomal istilər bir sıra fəsadlar törədib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə yaşıl parklar həddindən artıq istilər səbəbindən quruyub.
Böyük Britaniya Meteorologiya Xidmətinin məlumatına görə, iyul ayı İngiltərə və Uelsdə yağıntı baxımından rekord dərəcədə quraq keçib.
Yaşıllığı ilə məşhur olan Hayd-park quraqlıq səbəbindən sürətlə quruyub.
Birləşmiş Krallıq üzrə iyul ayı 28,9 millimetr yağıntı ilə qeydə alınmış ən quraq üçüncü iyul ayı kimi tarixə düşüb.
Quraq hava şəraiti ilə yanaşı, iyul ayı həm də temperatur göstəriciləri ilə yadda qaldı. Uelsdə orta temperatur 17,8 dərəcə təşkil etməklə, müşahidələr tarixində ən isti iyul ayı qeydə alınıb.
Şəbnəm Mehdizadə