Avstraliyada qaranlıqda parıldayan yol nişanlamaları sınaqdan keçirilir


  • 15:08

Avstraliyada gecə vaxtı yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə qaranlıqda parıldayan yeni nəsil yol nişanlamaları sınaqdan keçirilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, fotolüminessent materialdan hazırlanan nişanlamalar gündüz günəş işığını toplayır, qaranlıq düşdükdə isə əlavə enerji mənbəyinə ehtiyac olmadan işıq saçır. Bu texnologiya sürücülərin döngələri, hərəkət zolaqlarını və yolun istiqamətini daha aydın görməsinə kömək edir.

Yeni sistem xüsusilə küçə işıqlandırmasının zəif olduğu və ya olmadığı kənd yollarında görünüşü yaxşılaşdıraraq sürücülərin hərəkətini asanlaşdırmağı hədəfləyir.

Mütəxəssislərin fikrincə, parıldayan yol nişanlamaları döngələrin vaxtında görünməsinə şərait yaradacaq, zolaqdan çıxma hallarını azaltmağa və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə verəcək.

Texnologiyanın üstünlüklərindən biri də əlavə işıqlandırma dirəklərinə və enerji infrastrukturuna ehtiyac duymamasıdır. Bu isə həm enerji sərfiyyatını, həm də texniki xidmət xərclərini azaltmaq potensialına malikdir.

Hazırda texnologiyanın müxtəlif yol şəraitində səmərəliliyini qiymətləndirmək üçün Avstraliyanın müxtəlif bölgələrində pilot layihələr həyata keçirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər