- 16:00
Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxanların sayı 65-ə yüksəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, son bir həftə ərzində ölkədə 23 yeni yoluxma faktı qeydə alınıb.
Yeni yoluxanlardan 22-də sinir sistemini zədələyən ağır xəstəlik əlamətləri müşahidə olunub, bir nəfərdə isə yüngül simptomlar aşkarlanıb.
Qərbi Nil virusuna yoluxma halları Attika, Fessaliya, Mərkəzi Makedoniya və Qərbi Yunanıstan bölgələrində qeydə alınıb. Məlumata görə, bu il virus səbəbindən dörd nəfər ölüb.
Yunanıstan rəsmiləri vətəndaşları, xüsusilə yaşlıları və xroniki xəstəlikləri olan şəxsləri ağcaqanad sancmalarından qorunmağa çağırıblar. Onlara qoruyucu geyimdən istifadə etmək, ağcaqanad əleyhinə vasitələr tətbiq etmək və durğun su hövzələrinin olduğu ərazilərdən uzaq durmaq tövsiyə olunub.
Şəbnəm Mehdizadə