Rusiya Ukraynaya məxsus 200 000-dən çox PUA-nı məhv edib


  • 15:22

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 200 000-dən çox pilotsuz uçuş aparatını (PUA) məhv ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 200 093 pilotsuz uçuş aparatı (PUA), 68 607 ədəd xüsusi hərbi avtomobil texnikası, 36 076 səhra artilleriya qurğusu və minaatan, 30 478 ədəd tank və digər zirehli döyüş texnikası, 1 768 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 669 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər