- 16:42
Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı azalıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Belə ki, bazar ertəsindən cümə axşamınadək Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı ötən həftənin eyni dövrü ilə müqayisədə üçdə bir nisbətində azalaraq 50-dən 33-ə düşüb.
Məlumata görə, azalma İran və Oman arasında boğazda gəmiçiliyə dair danışıqlarda əldə olunan irəliləyiş fonunda baş verir.
Bildirilib ki, bu həftə bir neçə Çin və Hindistan şirkəti artan endirimlərdən yararlanmaq məqsədilə İraq neftinin Hörmüz boğazı vasitəsilə daşınması üçün tanker icarəyə götürməyə cəhd edib. Lakin gəmi sahibləri tankerlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən onları icarəyə verməkdən imtina ediblər.
Humay Eminqızı