- 16:42
Türkiyənin Adana şəhərinin Seyhan rayonunda yerləşən müəssisələrdən birində iki nəfərin meyiti tapılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə avtomobil açarı və kilidlərinin təmiri ilə məşğul olan müəssisədə baş verib.
Məlumata görə, səhər saatlarında işə gələn əməkdaşlar müəssisə sahibi, 27 yaşlı gənci yerdə, 25 yaşlı qadını isə avtomobilin içində hərəkətsiz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası hər iki şəxsin öldüyünü müəyyən edib. İlkin baxış zamanı onların bədənində hər hansı xəsarət izinə rast gəlinməyib.
Gənclərin avtomobilin qazından zəhərlənərək həyatlarını itirdikləri ehtimal edilir.
Dəqiq ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyitlər Adana Məhkəmə-Tibb İnstitutuna göndərilib.
Humay Eminqızı