- 23:47
“Məkkə Birgə Müdafiə Sazişi üzrə hazırlıq prosesi 2 il 8 ay davam edib”.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O, bu müddət ərzində tərəfdaş və region ölkələri ilə məsələni fasiləsiz müzakirə etdiklərini deyib.
Fidanın sözlərinə görə, saziş texniki baxımdan NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə eyni prinsipə əsaslanır. O bildirib ki, məqsəd ölkələr arasında qarşılıqlı müdafiə və təhlükəsizlik təminatı yaratmaqdır.
Nazir qeyd edib ki, Türkiyə 1952-ci ildən NATO üzvüdür və alyansın əsas çəkindirici gücü müdafiə qabiliyyətinə əsaslanır. Onun sözlərinə görə, müharibə və zorakılıq regionların inkişafına mane olan əsas amillərdəndir.