Oman sahillərində batan tankerdən neft sızması baş verib


  • 09:49

Oman sahillərində Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalan "Caroline Bezengi" tankerində neft sızması baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə "Arab News" peyk görüntülərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, neft sızması Ərəb dənizində yerləşən qorunan təbiət ərazisinə də təsir edib.

Uzunluğu 247 metr olan "Caroline Bezengi" tankeri may ayında Qara dənizdəki limanlardan birindən yola çıxıb. İyunun 8-də gəmi göyərtəsində partlayış baş verdiyi barədə siqnal göndərib.

Humay Eminqızı

Oxşar xəbərlər