- 10:20
Qəhvə və ya təzə sıxılmış şirə içdikdən sonra dişləri ən azı 30-40 dəqiqə keçdikdən sonra fırçalamaq lazımdır.
E-huquq.az xəbər verir ki, bu barədə rusiyalı ortodont həkim, tibb elmləri namizədi Mariya Balakireva bildirib.
O izah edib ki, turşulu içkilərin aşağı pH səviyyəsi diş minasını yumşaldır. Buna görə də dərhal dişləri fırçalamaq minaya mexaniki zərər verə bilər.
Həkim qəhvə və ya şirə içdikdən sonra ağızı adi su ilə yaxalamağı və təbii pH balansının bərpa olunmasını, yəni 30-40 dəqiqə gözləməyi tövsiyə edib.
Humay Eminqızı