ABŞ bu şərtlə İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldıra bilər


  • 10:20

ABŞ Hörmüz boğazında gəmiçiliyin maneəsiz bərpasına dair razılaşma əldə olunduqdan dərhal sonra İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmağı planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Vaşinqtonun bundan sonrakı addımları rəsmi Tehranın üzərinə götürdüyü öhdəliklərdən asılı olacaq. Belə ki, ABŞ blokadanın ləğvi prosesini İranın Hörmüz boğazında gəmilərin təhlükəsiz və maneəsiz hərəkətini nə dərəcədə təmin edəcəyinə uyğun olaraq tənzimləyəcək.

Humay Eminqızı

Oxşar xəbərlər