Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb


  • 11:34

Hindistanın şimal-şərqində yerləşən Assam əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 100 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində daha 2 nəfər həyatını itirib.

Əyalətin 25 rayonunda 1,1 milyondan çox insan daşqınlardan zərər çəkib.

Güclü yağışlar və daşqınların əyalətin infrastrukturuna da ciddi ziyan vurduğu, ümumilikdə 16 951 hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı qeyd olunub.

Humay Eminqızı

Oxşar xəbərlər