İran və Oman Hörmüz boğazına nəzarət üçün yeni mexanizmlər yaradacaqlar


  • 12:34

Hörmüz boğazının idarə olunmasına dair saziş üzrə danışıqlar zamanı İran və Oman həmin ərazidə təhlükəsizliyi təmin etmək məqsədilə yeni mexanizmlərin yaradılması barədə razılığa gəliblər.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai məlumat verib.

"Əldə olunmuş razılaşmalara uyğun olaraq, təhlükəsiz gəmiçiliyə nəzarət, ətraf mühitin qorunması və dəniz cinayətləri ilə mübarizə üçün mexanizmlər yaradılacaq", – deyə o, brifinq zamanı bildirib.

Bəqai qeyd edib ki, göstərilən bütün xidmətlər üçün müvafiq ödəniş tutulacaq.

İran Xarici İşlər Nazirliyi Omanla danışıqların gedişatını müsbət qiymətləndirərək, prosesin səmərəli və konstruktiv şəkildə irəlilədiyini qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər