Fransada meşə yanğınları zamanı 117 min hektar ərazi külə dönüb


  • 12:45

Fransanın Drom departamentində təxminən bir həftədir davam edən yanğın hələ söndürülməyib.

E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə yanğınlar əsasən nəzarət altına alınsa da, Drom departamentinin Diois bölgəsində indiyədək təxminən 400 hektar ərazi yanıb.

Yanğınlar zamanı dörd yanğınsöndürən yüngül xəsarət alıb. Alovla mübarizəyə 400-dən çox yanğınsöndürən, həmçinin dörd helikopter və ya yanğınsöndürmə təyyarəsi cəlb olunub.

Fransanın meteorologiya agentliyi "Météo-France" ölkə üzrə 17 departamentdə yanğın təhlükəsinin yüksək olduğunu açıqlayıb.

Agentlk 22 departament üçün narıncı səviyyəli istilik xəbərdarlığı elan edib.

Qeyd edək ki, tarixinin ən ağır meşə yanğını mövsümünü yaşayan Fransada bu il 117 min hektar ərazi külə dönüb.\

Humay Eminqızı

Oxşar xəbərlər