Qəzzada ölənlərin sayı açıqlandı


  • 12:57

Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində altı nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri ölənlərin sayı 73 384-ə çatıb.

Yerli əhali su, ərzaq və tibbi ləvazimatlar kimi həyati əhəmiyyətli vasitələrin çatışmazlığı şəraitində sağ qalmağa çalışır.

İsrail ilə Həmas arasında atəşkəs sazişinin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci il tarixindən bəri Qəzza zolağında həlak olanların sayı 1258-ə, yaralananların sayı isə 4145-ə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər