Filippində təbii fəlakət: 13 nəfər ölüb, 9 nəfər itkin düşüb


  • 15:53

Filippinin bəzi bölgələrində güclü cənub-qərb mussonu və tropik siklonların təsiri nəticəsində azı 13 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Manila Bulletin" qəzeti məlumat yayıb.

Təbbi fəlakət nəticəsində 9 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatlarına ordu, polis və yanğınsöndürmə xidmətləri cəlb edilib.

Musson 10 regionunda 1,3 milyondan çox insana təsir edib.

58 mindən çox insan təxliyə mərkəzlərinə yerləşdirilib, təxminən 40 min nəfər isə müvəqqəti sığınacaqlardan kənarda yardım alır.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər