- 16:48
İsrail ordusu Cənubi Livan ərazilərinə artilleriya zərbələri endirib.
E-huquq.az Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrail artilleriyası gecə yarısından etibarən Əli Tahir təpəsini, Debşe təpəsi ətrafındakı ərazini və Kfar Rumman bölgəsini fasilələrlə atəşə tutub.
İsrail ordusu həmçinin ölkənin cənubundakı Marjeyun rayonunda yerləşən Bani Həyyan qəsəbəsinə artilleriya zərbəsi endirib.
İsrail əsgərləri cənubda işğal altında saxladıqları Xiyam qəsəbəsində bir neçə evi də yandırıblar.
Humay Eminqızı