85 yaşlı anasını vəhşicəsinə döyən kişi həbs edilib


  • 17:13

Türkiyənin Şanlıurfa vilayətində dəhşətli hadisə baş verib.

E-huquq.az-ın “TRT Haber”ə istinadən verdiyi xəbərə görə, hadisə Şanlıurfanın Bozova rayonunda baş verib. İslim Yaprak adlı yaşlı qadın evinin həyətində oğlu İbrahim Yaprak tərəfindən dəyənək və yumruqlarla vəhşicəsinə döyülüb.

Qadın qonşuları tərəfindən Bozova Dövlət Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilən yaşlı qadının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, İbrahim Yaprak İsveçrədə həyat yoldaşını boğaraq öldürdüyü üçün təxminən 15 il həbsdə olub. Azadlığa çıxdıqdan sonra anası ilə yaşamaq üçün cəmi 10 gün əvvəl Türkiyəyə qayıdan Yaprak hadisədən sonra jandarma əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə həbs edilən İbrahim Yaprak həbsxanaya göndərilib.

Humay Eminqızı

Oxşar xəbərlər