Kolumbiyada güclü zəlzələ oldu


  • 17:18

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 134 min insanın yaşadığı Kartaqo şəhərindən 31 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı 115 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər