Kolumbiyada zəlzələdə ölənlərin sayı 164-ə çatıb


  • 11:48

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələdən sonra azı 883 nəfər tibb müəssisələrinə müraciət edib.

İnfrastrukturun ciddi zədələnməsi səbəbindən 3 tibb müəssisəsi tamamilə fəaliyyətini dayandırıb və oradakı xəstələrin əksəriyyəti digər tibb müəssisələrinə köçürülüb.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, avqustun 10-da Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər