- 12:55
İndoneziyanın Yava adasının şərq hissəsində yerləşən Semeru vulkanı azı 8 dəfə püskürüb.
E-huquq.az xəbər verir ki, bu barədə Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb.
Püskürmə zamanı vulkan külü kraterdən 800 metr yüksəkliyə və ya dəniz səviyyəsindən 4476 metr yüksəkliyə qalxıb.
Püskürmə cənub, şərq və cənub-şərq istiqamətlərinə yayılan sıx ağ və boz rəngli kül ilə müşayiət olunub.
Rəsmilər sakinləri və turistləri vulkanın kraterinə 5 kilometr radiusda yaxınlaşmağa çağırıb.
Qeyd edək ki, Semeru İndoneziyanın 4-cü ən hündür vulkanıdır. O dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşir və Yava adasındakı ən yüksək zirvədir.
Humay Eminqızı