- 12:55
Rusiyanın Elektrostal şəhərində 15 yaşlı yeniyetmə yanacaqdoldurma məntəqəsini yandırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Əməli törətdikdən sonra hadisə yerindən qaçan gənc daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, bir qrup şəxs mesaj vasitəsi ilə yeniyetməni sözügedən yanacaqdoldurma məntəqəsinin terrorçulara məxsus olduğuna və onun gəlirinin Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə sərf olunduğuna inandırıblar.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb.
Yanğın yanacaqdoldurma məntəqəsinin əməkdaşları tərəfindən söndürülüb.
Humay Eminqızı