- 12:55
Türkiyənin Qaziantep vilayətində fabrikdə yanğın hadisəsi baş verib.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Qaziantepdə yerləşən tekstil fabrikində naməlum səbəbdən yanğın başlayıb.
Məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, tibbi yardım və polis qrupları göndərilib.
Qrupların yanğını söndürmək istiqamətində səyləri davam edir.
Humay Eminqızı