- 12:55
ABŞ Kolumbiyada baş vermiş 7,4 bal gücündə zəlzələdən sonra təcili yardım tədbirləri üçün 15,5 milyon dollar məbləğində vəsait ayırıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, zəlzələdən sonra Kolumbiyaya 15,5 milyon dollar dəyərində yardım göstəriləcək. Vəsaitlər adekvat sığınacaq təminatı, ərzaq və təhlükəsizlik kimi zəruri ehtiyacların qarşılanması, həmçinin zəlzələnin nəticələrinin qiymətləndirilməsi istiqamətində yönəldiləcək.
Qeyd edək ki ki, dnüən Dünən Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 164 nəfər həyatını itirib.
Zəlzələ Kolumbiya, Venesuela, Ekvador və Panamanın müxtəlif bölgələrində hiss olunub.
Humay Eminqızı