- 12:55
Cənubi Afrikada platin hasil edilən tərk edilmiş mədən uçub.
E-huquq.az xəbər verir ki, bu barədə "EWN" radiostansiyası məlumat yayıb.
Məlumata görə, mədən Rustenburq şəhərində yerləşib.
Hadisə nəticəsində azı 14 nəfər həlak olub, çoxsaylı yaralılar var.
Ölən şəxslərin hamısı qanunsuz olaraq metal hasilatı ilə məşğul olduğu bildirilib. Polis onların qanunsuz miqrant olduqlarını açıqlayıb.
Hadisə yerində xilasedicilər cəlb olunub.
Qeyd edək ki, hazırda Cənubi Afrikada 6,1 min tərk edilmiş mədən mövcuddur. Onların bir hissəsində qanunsuz hasilat aparılır.
Humay Eminqızı