- 11:57
Türkiyənin Şanlıurfa vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfanın Akçakale rayonunda fəhlələri daşıyan mikroavtobus idarəetmədən çıxaraq kanala aşıb.
Hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər, tibb və jandarma qrupları cəlb edilib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə