22.10.2026
Antalyada meşə yanğını baş verib
Dünya

Antalyada meşə yanğını baş verib

Sen 7, 2026

Türkiyənin Antalya şəhərində meşə yanğını başlayıb.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Antalyanın Kepez rayonunda, Kızıllı məhəlləsindəki meşəlik ərazinin yaxınlığında naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə dərhal Antalya Regional Meşəçilik İdarəsinin qrupları cəlb edilib.

Yanğınla mübarizəyə 6 yanğınsöndürmə helikopteri, 2 yanğınsöndürmə təyyarəsi, 12 yanğınsöndürmə avtomobili, 4 su təchizatı maşını və 3 avtomobil və həmçinin 85 nəfərlik texniki heyət cəlb olunub.

Komandaların təxminən üç saat davam edən işindən sonra yanğın nəzarət altına alınıb.

Şəbnəm Mehdizadə