Xaricə qaçmağa çalışan 9 FETÖ üzvü saxlanılıb


  • 11:30

Türkiyənin Muğla vilayətinin Datça rayonunda ölkədən qeyri-qanuni yollarla çıxmağa cəhd göstərdikləri müəyyən edilən FETÖ üzvü saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla Baş Prokurorluğu tərəfindən FETÖ/PDY silahlı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilat üzv olmaqda ittiham olunan şəxslərin xaricə qaçmağa hazırlaşdıqları müəyyən edilib.

Araşdırmalar zamanı şübhəlilərin Datça sahillərində, beynəlxalq sulara yaxın ərazidə “Peter Pan” adlı Rusiya bayrağı altında üzən qayıqda olduqları aşkarlanıb.

Bundan sonra Sahil Mühafizəsi Komandanlığının əməkdaşları əməliyyat keçirərək qayığı saxlayıblar. Əməliyyat nəticəsində 9 FETÖ üzvü, 2 uşaq və qayığın kapitanı saxlanılıb.

Ölkədən qanunsuz yollarla çıxmağa cəhd göstərən 9 şübhəli barəsində hüquqi tədbirlərə başlanılıb.

Qayıq kapitanı barəsində isə terror təşkilatına yardım etmək və miqrant qaçaqmalçılığı ittihamları üzrə istintaq başladılıb.

Saxlanılan 2 uşaq yaxınlarına təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər