- 11:57
"Ədliyyə sistemi üçün ən mühüm məsələ vətəndaşların məhkəmə sisteminə olan etimadıdır".
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek deyib.
"Çünki ədalət dövlətlə millət arasındakı etimad münasibətinin əsas dayaqlarından biridir. Vətəndaşımız inanmalıdır ki, hüquqları qorunacaq, haqsızlığa məruz qaldıqda hüquq sistemi ona təminat verəcək, cinayət törədən şəxs qanun qarşısında cavab verəcək və günahsız insanlar qorunacaq", - deyə nazir qeyd edib.
“Heç kim qanundan üstün deyil, heç bir vətəndaşımız da qanunun müdafiəsindən kənarda deyil”, - Gürlek bildirib.
Şəbnəm Mehdizadə