Meksikada dini festival zamanı partlayış: 13 nəfər ölüb


  • 15:28

Meksikada dini festival zamanı pirotexniki vasitələrin partlaması nəticəsində azı 13 nəfər həyatını itirib, 43 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Meksikanın mərkəzində, Temaskalsinqo bölgəsinin Santa Mariya Kançesda ərazisində təşkil olunan dini mərasim zamanı baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, festival çərçivəsində kilsənin anbar kimi istifadə etdiyi bölmədə saxlanılan pirotexniki materiallar partlayıb.

Partlayış nəticəsində bir divar uçub. Hadisə zamanı yaralanan 43 nəfər, o cümlədən iki din xadimi yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İlkin məlumatlara əsasən, faciə nəticəsində 13 nəfər ölüb.

Partlayışın dəqiq səbəbi hələlik açıqlanmayıb. Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər