Ər-arvad evdə yanaraq öldü


  • 11:40

Türkiyənin Elazığ vilayətində evdə güclü yanğın hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Elazığın Karakoçan rayonunda yerləşən fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə tibb, jandarma qupları və yanğınsöndürənlər cəlb edilib.

Yanğın nəticəsində həmin evdə yaşayan Ağa Ü. və həyat yoldaşı Hayriye Ü. həyatlarını itiriblər

Yanğın fövqəladə hallar qüvvələri tərəfindən söndürülsə də, ev yararsız hala düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər