Rusiya Kiyevə hava zərbəsi endirib: 2 ölü, 10 yaralı


  • 12:02

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində iki nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında paytaxta edilən hücum nəticəsində iki nəfər həlak olub, on sakin isə xəsarət alıb.

Xəsarət alanlardan beşinin xəstəxanaya yerləşdirildiyini qeyd edən Kliçko, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Hücum nəticəsində paytaxtın müxtəlif yerlərindəki anbarlarda, ticarət obyektlərində, özəl məktəb kompleksində və yaşayış massivlərində yanğınlar baş verib, həmçinin bir sıra binalara və nəqliyyat vasitələrinə ziyan dəyib.

Hava həyəcanı siqnalının qüvvədə qaldığını qeyd edən Kliçko, əhalini təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər