- 17:16
Almaniyanın "Isar Aerospace" kosmik startapı "Spectrum" raketi ilə kontinental Avropadan aşağı Yer orbitinə çatan ilk özəl şirkət olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 metr uzunluğundakı raket Norveçdəki Andoya Kosmos Mərkəzindən buraxılıb və təxminən yeddi dəqiqə sonra nəzərdə tutulan orbital sürətə çatıb.
Doqquz "Aquila" mühərriki ilə təchiz edilən iki pilləli "Spectrum" raketi orbitə beş "CubeSat" çıxarıb. Bununla da şirkət kontinental Avropadan kommersiya məqsədli raketi orbitə göndərən ilk özəl qurum kimi tarixə düşüb.
"Isar Aerospace" yaxın zamanda Avropa Kosmik Agentliyindən 230 milyon dollar əlavə maliyyə alıb. Şirkət hər buraxılışın xərclərini 10-15 milyon dollar səviyyəsində saxlamağı planlaşdırır.
Startap Münhen yaxınlığındakı yeni zavodunda ildə 40 raket istehsal etməyi hədəfləyir. Şirkət bu addımla qlobal bazarda artan tələbatı qarşılamağı planlaşdırır.
Şəbnəm Mehdizadə