- 11:22
Türkiyənin Ərzurum şəhərində vəkilləri silahla təhdid etməkdə təqsirləndirilən şəxs həbs edilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Ərzurum 1-ci Ağır Cəza Məhkəməsi qərar verib.
Qeyd edək ki, borclu şəxs kreditorun vəkillərinin çalışdığı vəkil bürosuna gedərək onları silahla təhdid edib.
Türkiyə Barolar Birliyi vəkillərin peşə fəaliyyətləri ilə əlaqədar təhdid edilməsinin və zorakılığa məruz qalmasının yolverilməz olduğunu bildirib. Vəkilin təmsil etdiyi şəxslə eyniləşdirilməsinin bu cür hücumları artıran əsas problemlərdən biri olduğu vurğulanıb.
Şəbnəm Mehdizadə