- 10:59
Türkiyənin Qaziantep vilayətində bədbəxt hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Qaziantepin Şahinbəy rayonunun Dumlupınar məhəlləsində baş verib.
Məlumata görə, 41 yaşlı Necla Değirmenci və 34 yaşlı Aysel Balta bir evin damında xalça yuyarkən naməlum səbəbdən elektrik cərəyanı vurub.
Məlumat verildikdən sonra hadisə yerinə tibb və polis qrupları cəlb olunub.
Hadisə yerində ilkin tibbi yardım göstərilən qadınlar daha sonra Qaziantep Şəhər Xəstəxanasına aparılıblar.
Xəstəxanalarda göstərilən tibbi müdaxilələrə baxmayaraq, hər iki qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Şəbnəm Mehdizadə