Səudiyyə Ərəbistanı Yəmənə 40 hava zərbəsi endirib


  • 11:55

Səudiyyə Ərəbistanı Yəməndəki İranın dəstəklədiyi husilərin onun ərazisinə endirdiyi zərbələrə cavab verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Yəmənin Taiz, Hodeyda, Əl-Cəvf və Mərib bölgələrində müxtəlif ərazilərə təxminən 40 hava zərbəsi endirib.

Hücumlar nəticəsində insan itkisi və ya maddi ziyan barədə heç bir məlumat verilməyib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hava zərbələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, keçən çərşənbə axşamı husilər tərəfindən Səudiyyə Ərəbistanının Abha, Xamis Muşait, Cazan və Nəcran şəhərlərinə edilən hücumlar nəticəsində, aralarında qadın və uşaqların da olduğu 73 mülki şəxs xəsarət alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər