İstanbuld şagirdlər arasında bıçaqlı dava: 2 nəfər yaralanıb


  • 15:47

Türkiyənin İstanbul şəhərində şagirdlər arasında bıçaqlı insident olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunda qeydə alınıb.

Eyni sinifdə oxuyan şagirdlər arasında baş verən mübahisə bıçaqlı davaya çevrilib.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları yaralılara ilkin yardım göstərdikdən sonra onları xəstəxanaya çatdırıb.

Hadisəni törətdiyi bildirilən şagird polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər