Məzmuna keç

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah “Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək.

E-huquq.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan “Digitec” yüksək texnologiyalar forumunda NVIDIA-nın vitse-prezidenti Rev Lebaredyanın iştirakı ilə keçirilən müzakirə zamanı bildirib.

“Sabah biz TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik”, – N.Paşinyan deyib.

O qeyd edib ki, layihənin mühüm tərkib hissəsi elektrik enerjisinin tranziti olacaq. Onun sözlərinə görə, Ermənistan öz enerji şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirmək niyyətindədir.