- 15:41
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə gecə və səhər saatlarında endirdiyi hava zərbələri nəticəsində 3 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında şəhərə endirilən zərbə nəticəsində 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.
Ukraynanın Fövqəladə Hallar Xidməti isə gecə saatlarında Desnyanski rayonunda yaşayış binasının vurulduğunu açıqlayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
Şəbnəm Mehdizadə