Türkiyənin İzmir şəhərinin Menemen rayonunda keçirilən əməliyyat nəticəsində müxtəlif tarixi dövrlərə aid 187 ədəd qədim əsər aşkarlanıb,
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis əməkdaşları tarixi əsərlərin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə Menemen rayonundakı ünvanlardan birində axtarış aparıblar.
Əməliyyat zamanı arxaik, Roma, Bizans və Osmanlı dövrlərinə aid 142 sikkə, eləcə də Roma və Bizans dövrlərinə aid üzüklər, ox ucluqları və sapand daşları da daxil olmaqla 45 müxtəlif tarixi əşya müsadirə edilib.
Hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə
