Meksikada həbsxanada iğtişaş: 10 nəfər ölüb, 16 nəfər yaralanıb


  • 16:11

Meksikanın Sinaloa ştatının Mazatlan şəhərində yerləşən həbsxanada baş verən iğtişaş nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin həbsxanada ziyarət saatları zamanı baş verdiyi bildirilib.

Məlumata görə, ölənlərdən doqquzu məhbus, biri isə məhbusun yaxınıdır. Xəsarət alan 16 məhbusun xəstəxanalarda müalicəsi davam etdirilir.

Yerli KİV-in məlumatına əsasən, iğtişaş zamanı məhbuslar odlu silahdan istifadə ediblər. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Meksikanın Federal Təhlükəsizlik Kabineti Milli Qvardiyanın hadisəyə müdaxilə etdiyini və təxminən 1800 məhbusun saxlanıldığı həbsxanada vəziyyətin nəzarət altına alındığını açıqlayıb.

Qeyd edək ki, Meksika həbsxanalarında sıxlıq və narkotik kartellərinin təsiri ilə əlaqədar zorakılıq halları tez-tez qeydə alınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər