Məzmuna keç

İran: Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Hörmüz boğazının şərqində iki neft tankeri dəniz minalarına çırpılıb.

E-huquq.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, tankerlər İranın icazəsiz hesab etdiyi marşrutla hərəkət edərkən partlayış baş verib və gəmilər alovlanıb.

SEPAH, naviqasiya və izləmə sistemləri söndürülmüş gəmilərin heyətlərinə xəbərdarlıq edərək, dəniz minaları olan ərazilərə daxil olmamağı və ABŞ-ın açıqlamalarına inanmamağı tövsiyə edib.

Şəbnəm Mehdizadə