Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində 8 nəfər tüstüdən zəhərlənib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik səbəbi məlum olmayan yanğınla bağlı məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə və polis əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınıb. Hadisə zamanı tüstüdən zəhərlənən 8 nəfər təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Yanğın nəticəsində evə maddi ziyan dəyib.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
