Türkiyənin Düzce şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul istiqamətində hərəkət edən avtomobil TIR-a arxadan çırpılıb. Güclü zərbənin təsirindən minik avtomobili yük maşınının altına girib.
Hadisə nəticəsində avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.
Şəbnəm Mehdizadə
