Məzmuna keç

Türkiyənin 32 vilayəti üçün hava ilə bağlı sarı xəbərdarlıq verildi

Türkiyədə güclü külək və leysan yağışları ilə əlaqədar 32 vilayət üçün sarı səviyyəli xəbərdarlıq elan edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi Məlumat yayıb.

Məlumata görə, Mərmərə, Qara dəniz və Cənub-Şərqi Anadolu bölgələrində yağıntıların intensiv olacağı proqnozlaşdırılır.

17 vilayətdə güclü külək və fırtına, 15 vilayətdə isə leysan yağışları gözlənilir. Küləyin sürətinin saatda 40–70 kilometrə, bəzi ərazilərdə isə 80 kilometrə çatacağı bildirilir.

Vətəndaşlara nəqliyyatda yaranacaq çətinliklər, dam örtüklərinin uçması, ağac və elektrik dirəklərinin aşması, eləcə də karbonmonoksid qazından zəhərlənmə təhlükəsinə qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə